#Environment
Target:
general public
Region:
Azerbaijan

Həyat və sağlamlığınız üçün önəmli olan elan !!!
Əziz Bakı sakinləri! Gələcəkdə özünüzü və yaxınlarınızı XƏRÇƏNG xəstəliyindən xilas etmək sizin əlinizdədir. Bildiyimiz kimi şəhərdə yüzlərcə avtomobilın yanacaq sistemi nasazdır və bunlar havaya hər cür zəhər buraxır, qara tüstü bunun nümunəsidir ki, bu hal onkoloji xəstəliklərə səbəb olur.

Katalizator sistemi xarab olan maşınlar Avropadan ölkəmizə gəlir, halbuki orada sürülməsi qadağandır. Həyatınıza biganə qalmayın !!! Bu kampaniyaya siz də qoşulun !!!

Biz, aşağıda imza edənlər, AR Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən tələb edirik ki, yanacaq qaz tullantı sistemi xarab olan avtomobillərin istifadəsini əngəlləsinlər. Sağlam ətraf mühit hüququ konstitusion hüquq olduğu kimi, əhalinin sağlamlığını qorumaq, müvafiq dövlət qurumları üçün qanuni öhdəlikdir.

Müvafiq qurumlar reydlər keçirərək, həmin avtomobil sürücülərini inzibati məsuliyyətə cəlb etməklə belə maşınları nəqliyyatdan uzaqlaşdırmalıdır.

GoPetition respects your privacy.

The Stop air pollution! Havanin cirklenmesine son qoyaq! petition to general public was written by Farhad Mehdiyev and is in the category Environment at GoPetition.